MAGALİ MARKETİNG AGENCY

Haqqımızda

MAGALİ MARKETİNG agentliyi 2017-ci ildə fəaliyyətə başlayıbdır və bu günə kimi faydalı və səmərəli fəaliyyətini qürurla davam etdirir.

MAGALİ sözü aşağıdaki sözlərin qısaldılmış formasıdır,

MA – MArketing (marketinq)

GA – GAin (gəlir)

– Lİberty (azadlıq)

Bizim missiyamız – hər bir insanın maliyyə cəhətdən müstəqil və azad olmağa, arzuladığı işlə məşğul olmaqla hədəflərinə çatmağa qadir olduğuna inandırmaq və dəstək olmaqdır.

Özgüvəni dəstəkləyərək işsizliyi minimuma endirmək, dövlətin biznes mühitinə fayda vermək və bu qayda ilə büdcədən elmə və sosiyal layihələrə daha çox maliyyə dəstəyinin verilməsinə töhfə verməkdir.

Bizim məqsədimiz – bizimlə əməkdaşlıq edən hər bir insanla, hər bir iş adamı ilə və hər bir dövlət qurumu ilə uzunmüddətli və qarşılıqlı faydalıq əsasında işgüzar münasibətlər qurmaqdır.

İş qurmaq istəyənlərə, iş adamlarına və dövlət qurumlarına məhsul və xidmətlərin marketinqi və satışında praktiki köməklik göstərməkdir.

Biz, əməkdaşlığa böyük dəyər veririk və sizin mənfəətinizin artması üçün öz imkanlarımızı təklif edirik. Doğru və dürüst əməkdaşlıq üçün hazırıq və birlikdə daha böyük hədəflərə çata biləcəyimizə əminik.

Biz işləyən marketinq strategiyaları yaradırıq.

Unikal yanaşmalarımız və innovativ həllərimizlə biznesinizin böyüməsinə və inkişafına kömək edəcəyik.

Xidmətlər

Konsaltinq

Strateji hədəflərimizə çatmaq və bizimlə əməkdaşlıq edən iş adamların və dövlət qurumların inkişafı və faydası üçün aşağıdaki xidmətləri təklif edirik:

Biznes fəaliyyəti sahəsində,

  • Satış şöbənin (komandanın) yaradılması;
  • Satış menecerlərin, satış təmsilçilərin, ticarət agentlərin, satıcı-məsləhətçilərin hazırlanması və öyrədilməsi;
  • Satış prosesin qurulması;
  • Debitor borcların idarə edilməsi;
  • Müştəri bazasının qurulması;
  • Kommunikasiyanın qurulması;
  • Marketinqin idarə edilməsi və planlama, marketinq planının hazırlanması;
  • Treninq və seminarlar;
  • Konsultasiya.

Dövlət qurumların fəaliyyəti sahəsində,

  • Marketinq tədbirləri.
  • Kommunikasiyanın qurulması;
  • Marketinqin idarə edilməsi və planlama, marketinq planının hazırlanması;
  • Treninq və seminarlar;
  • Konsultasiya.

 

Korporativ təlimlər

  • Sizin inkişafınız bizim məqsədimizdir.
  • Peşəkar marketer və satıcı olmaq üçün sizə unikal intensiv - kurs təklif edirik.
  • İstənilən məhsul və xidmətin satışı sizin üçün anlaşılan və sadə olacaqdır.
  • İşin sahibi siz olacaqsınız.
  • Zəngin və uğurlu olmaq seçimi sizin əllərinizdə olacaqdır.
  • Satış etmək bacarığı sizi maliyyə cəhətdən müstəqil edəcəkdir.

 

“UĞURA APARAN VƏ SƏNİ MÜSTƏQİL EDƏN PEŞƏKAR YANAŞMA VƏ YAXUD SATIŞDA QƏLƏBƏ QAZANMAĞIN QIZIL QAYDALARI”

UNİKAL İNTENSİV - KURS

  1. Marketinqin əsasları.
  2. “İlahi” marketinq.
  3. Biznesin əsasları. “Salfetka” uzərində biznes planın tərtib edilməsi.
  4. “Mən Brendəm”.
  5. Pul, onun dəyəri və ruhu və yaxud “Canlı Dollar”.
  6. Bolüşmək gözəldir və yaxud xeyir qarşılıqlı olmalıdır.
  7. Məhsul nədir və onun təsnifatı.
  8. Satış. Satışın fəlsəfəsi. Satışın etapları.
  9. Zati Aliləri Müştəri. Kommunikasıyanın qurulması.
  10. Düzgün və savadlı planlanan görüş – uğurlu satışın təməlidir.
  11. Müştəriyə verilən sualların düzgün qurulmasının texnologiyası.
  12. Müştərini dinləmək bacarığı.
  13. Müştərilərin tipləri.
  14. Müştərilərin etirazları və onların peşəkarcasına ortadan qaldırılması.
  15. Debitor borcların idarə edilməsi.
  16. Strategiya. Taktika. Əməliyyat fəaliyyəti.
  17. Marketinq planı.
  18. Partizan marketinq.
  19. Marketinq və satışda vacib olan rəqəmlər.
  20. Reklam və təşviqatı müzakirə edək.
  21. Motivasiyanın önəmliyi.
  22. Azərbaycan cəmiyyətinin rifahı naminə.

İntensif – kursun müddəti: 8 həftə.

Həftədə məşğələlərin sayı: 3 dəfə.

Məşğələnin müddəti: 90 dəqiqə.

Təlimin sonunda sertifikat təqdim edilir.

DİQQƏT, BONUS VAR !!!

İntensiv – kursun sonunda “AQRESSİV MARKETİNQ” mövzusunda 2 (iki) məşğələ hədiyyə olunacaq.

 

İNTENSİV – KURSUN qiyməti (bir nəfər üçün) – 300 azn.

ÖDƏNİŞ QAYDASI: Ödəniş iki dəfəyə həyata keçirilir. İlk ödəniş 130 azn, intensiv – kursun əvvəlində (ən geci tədris başlamazdan 7 gün əvvəl), ikinci ödəniş 170 azn, ilk 12 məşğələdən sonar həyata keçirilir.

Əgər intensif – kursun 3 məşğələsindən sonar qərara gəlsəniz ki, bu intensiv - kurs sizin gözləntilərinizə uyğun gəlmir 130 azn sizə geri qaytarılacaq və sizinlə əməkdaşlıq dayandırılacaq.

XÜSUSİ QEYD !!!

Dəyərli dost, əgər 300 manat sizin üçün böyük məbləğ sayılırsa bu, təqdirdə siz mütləq bu intensiv – kursda iştrak etməlisiniz ki, gələcəkdə 300 manat sizə böyük məbləğ kimi görünməsin. Çünki bu intensiv – kursadan sonar o məbləği və ondan artığını siz çox sadə qazana biləcəksiniz.

“Əgər pulun azdırsa biznes qurmaq lazımdır. Əgər pulun heç yoxdursa bu zaman təcili biznes qurmaq lazımdır. Dərhal, indi !”.

Con Rokfeller.

“MƏN BUNA QADİRƏM”

(KORPORATİV – TƏLİM)

Dəyərli Şirkət və Dövlət Qurumlarının Rəhbərləri !!!


Bu təlim çox önəmli və hər zaman gündəmdə olan məsələnin həllini özündə ehtiva edir, məsələ isə personalın və əməkdaşların daha işgüzar olmağı və vəzifələrinin icrasına düşünülmüş şəkildə məsuliyyətlə yanaşmağıdır.

 

Təlimin məqsədi əməkdaşlara aşağıdakıları öyrətməkdir:

 

  • İşə sanki öz şəxsi işi kimi yanaşmağı;
  • İntizamlı və icraedici olmağı;
  • Rəhbərliyin göstəriş və tapşırıqlarına anlayışla yanaşmağı;
  • Özünü sistemin mühüm elementi kimi görməyi;
  • Funksional vəzifələrin icrasında məsuliyyətli olmağı;
  • Stresli vəziyyətlərə girməmək bacarığı;
  • Real məqsədlər qoymaq və onlara nail olmağı;
  • Özgüvənli olmağı.

    Təlimin mövzuları:
  • Həyat və marketinq.
  • Mən Tanrının məhsuluyam.
  • İradə və intizam.
  • Karyeranın təməli.
  • Stresdən uzaq olmağın qızıl qaydaları.
  • Qərarlar necə qəbul edilir. Mən necə edərdim ?
  • Faydalı olmaq dəyərli olmaq deməkdir.
  • Məsuliyyətli olmaq güvənli olmaq deməkdir.
  • Zamanın idarə edilməsi.
  • Həyatda və işgüzar fəaliyyətdə qeyri səlis rəqəmlər nəzəriyyəsindən necə istifadə edək.
  • Cəmiyyətə və Dövlətə necə faydalı olaq.

 

Təlimin müddəti – 3 (üç) gün;

Gün ərzində 90 dəqiqə.

Təlimin sonunda sertifikat təqdim edilir.

Təlimin qiyməti (qrup üçün): 600 azn (ödəniş nəğd və köçürmə yolu ilə icra edilə bilər).